07 iyun 2020
Paneldə göstərilən yağ təzyiq siqnalının səbəbi nədir?
İdarəetmə panelində göstərilən yağ təzyiq siqnalının səbəbi nədir?
İdarəetmə panelində son illərin avtomobillərində artıq mühərriklə və avtomobillərlə əlaqəli məlumatlar sürücülərə daha ətraflı bildirilir. Bu məsələni bu dəfəki bloqumuzla açaq. MisalMəsələn, artıq əvvəlki avtomobillərdən fərqli olaraq Elektronik idarə etmə sistemləri sürücülərə yalnız mühərrik yağının əskikliyini deyil, eyni zamanda miqdarının normadan çox olduğunu və ya normadan yüksək və ya alçaq yağ təzyiqi haqqında da məlumat verə bilir.

Yağ təzyiqi göstərəricisində yüksək yağ təzyiqi siqnalının səbəbi nədir?
1) Normadan çox və ya düzgün seçilməyən yağın mühərrikə əlavəsi.
İstehsalçılar mühərrik üçün şərt olan yağ miqdarını istifadə kitabçasında və ya öz internet səhifələrində qeyd edirlər. Amma bəzi istifadəçilər deyirlər ki, düzgün yağ miqdarını seçdim, lakin yenə eyni problemlə qarşılaşdım. Bunun səbəbi isə düzgün seçilməyən yağ ölçüsüdür (10W40, 5W30 kimi). Yağlar haqqında əvvəlki bloqlarımızda məlumat vermişdik və qeyd etdiyimiz kimi yağların qalınlığı fərqli olur. Qalın yağın yağ kanallarının divarına göstərdiyi təzyiq yüksək olduğundan, idarəetmə panelində bu signal ilə qarşılaşmağınız normaldır. Normadan daha qalın yağ seçimi isə yağlamanın düzgün və səmərəli getməsinin qarşısını alır. Mühərriki soyutmur, əksinə hərarətini süni şəkildə qaldıra bilir.
2) Yağ kanallarının tıxanması.
Yağ kanallarının tıxanması əsasən də qatı yağ istifadə edilən mühərriklərdə yağın kanal səthinə daha yüksək təzyiqlə təsirinə səbəb olur ki, bu zaman da sensorlar bunu təzyiqin normal yağ təziqi üstündə olması və ya yağ səviyyəsinin yuxarı olması ilə əlaqələndirirlər.
3) Yağ boruları
Problem adətən 10 yaşı olan Turbo mühərrikli avtomobillərdə olur. Turbonu qidalandıran yağ borusunun əzilməsi eyni problemə səbəb ola bilir.
4) Yağ təzyiq sensorunun sıradan çıxması.
Sıradan çıxan sensor çox zaman normadan yuxarı yağ təzyqinin və ya yağ miqdarının olduğunu gösdərə bilər.
Changan UNI-Z C-SUV - Azərbaycan Yollarında Real Sürüş və Texniki Analiz
C-SUV seqmentində Changan xəttinin növbəti addımı - UNI-Z modeli ilə tanış oluruq. Bu bloq yazımızda modelin dizayn yanaşması, texnoloji yenilikləri v...
19 fevral 2026
ƏtraflıJAC J7 2025 (1.5L) - Azərbaycan sürücüləri üçün texniki göstəricilər və real yol davranışı
C seqment sedan bazarında rəqabət əsasən üç faktor üzərində qurulur: mühərrik, transmissiya və şassi balansı.JAC J7 2025 modeli 1.5 litrlik turbomühər...
15 fevral 2026
ƏtraflıHyundai Elantra 2016 Almağa Dəyərmi? Texniki Məlumatlar və Real Yanacaq Sərfiyyatı
Ümumi Baxış 🔍2016 Hyundai Elantra, dəyər, rahatlıq və funksionallıq arasında möhkəm balans yaradan kompakt sedan modelidir. Zərif xarici dizaynı və ya...