İstifadə Şərtləri və Qaydaları | AVTOREPORT

“ND Opinions” MMC-nin www.autoreport.az veb səhifəsinin xidmətlərini seçdiyiniz üçün təşəkkür edirik!

Bu Ümumi Şərtlər və Qaydalar, “ND Opinions” MMC-nin www.autoreport.az (bundan sonra “Autoreport” və ya "Avtoreport") veb səhifəsində göstərilən xidmətlərin istifadəsi ilə əlaqədar, “ND Opinions” MMC və Autoreport xidmətlərinin istifadəçiləri (bundan sonra “İstifadəçi”) arasında, digər yazılı razılaşma olduğu hallar istisna olmaqla, bütün iş əlaqələrinə tətbiq edilir. Bu sənədləri diqqətlə oxumağınızı xahiş və tövsiyyə edirik. Bu sənəd, Sizin hüquqlarınız və öhdəlikləriniz, habelə sizə tətbiq olunan məhdudiyyətlər və istisnalar haqqında mühüm məlumatları özündə əks edir.

 

1 - Müqavilənin Formalaşması

“Autoreport”-un xidmətləri və məhsulları, “Autoreport”-un veb səhifəsi vasitəsilə təqdim olunur. “İstifadəçi”, “Autoreport” veb səhifəsində etdiyi hər hansı bir əməliyyat və ya sorğu zamanı xüsusi razılıq xanasına işarə qoymaqla, əməliyyata və ya sorğusuna davam edir. “İstifadəçi” xüsusi xanaya razılıq işarəsini qoymaqla, “Autoreport” veb səhifəsində dərc olunan “Şərtlər və Qaydalar”-la icbari qaydada və istisnasız razılaşdığını bildirir və “Autoreport” ilə “İstifadəçi” arasında müqavilənin formalaşması üçün əsas təşkil edir. “İstifadəçi”, razılıq xanasını işarələməklə “Autoreport”-un “Şərtlər və Qaydalar”-ı ilə razılaşmış sayılır. Xüsusi xanaya razılıq işarəsi qoyulmadan “Autoreport”-da əməliyyatlar etmək və sorğu prosesini icra etmək mümkün deyil. “İstifadəçi”, “Şərtlər və Qaydalar”-la hər bir vaxt tanış olmaq hüququna malikdir və istəyi əsasında elektron poçt ünvanına göndərilə və ya “Autoreport” veb səhifəsindən tanış ola bilər. Yaranacaq hər hansı bir sualı, veb səhifəsində qeyd olunan əlaqə vasitələrini istifadə edərək, yönləndirilmiş sualın cavabını və ya açıqlamasını, əməkdaşlarımız tərəfindən ən qısa zamanda ala bilər.

 

2 - Verilənlər bazası

“Autoreport”-da şəxslər tərəfindən daxil edilən məlumatlar, “Autoreport” serverinin verilənlər bazasında elektron formada saxlanılır və müvafiq sorğularda istifadə edilir. Bundan sonra məlumat bazası verilənlər bazası kimi istifadə ediləcəkdir.

 

3 - “İstifadəçi” Hesab növləri

“Autoreport” veb səhifəsində, hüquqi və fiziki şəxslər, Məsuliyyət və Səlahiyyət nöqteyi nəzərdən fərqli “İstifadəçi” hesabları aça bilərlər. Hesablar, təsdiqlilik nöqteyi nəzərdən təsdiqli və təsdiqsiz olaraq ikiyə ayrılır. Bu hesablar haqda məlumat aşağıda göstərilmişdir.

3.1 - Təsdiqli Hesablar

Hesabını təsdiqlətmiş “Təsdiqli Hesab İstifadəçisi”, “Autoreport” veb səhifəsində real bir şəxs kimi tanınır və ona, öz hesabında dəyişiklik etmə səlahiyyətinə əlavə olaraq, “Autoreport” verilənlər bazasına məlumat əlavə etmə səlahiyyəti verilir.

3.1.1 - Təsdiqli Hesab açmaq

Hesabın təsdiqlənməsi, “İstifadəçi”-nin sorğusu əsasında baş verir. “Autoreport” və “İstifadəçi” arasında əlavə yazılı razılaşma mövcudluğu halları istisna olmaqla, bütün hesabların təsdiqi, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən mobil operatorların yerli bazara təqdim etdiyi mobil nömrələr və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən mobil operatorların beynəlxalq bazarlarda texniki nöqteyi nəzərdən dəstəklədiyi mobil nömrələr vasitəsi ilə edilir. Hesabı təsdiqləmək üçün “İstifadəçi” tərəfindən “Autoreport” veb səhifəsinə daxil edilən mobil nömrəyə, “Autoreport”, unikal, birdəfəlik istifadə üçün nəzərdə tutulan, rəqəmlərdən ibarət təsdiq kodu göndərir. “İstifadəçi”, “Autoreport” tərəfindən göndərilən təsdiqləmə kodunu, veb səhifəsinə daxil etdiyi mobil nömrəsinə qısa ismarıc ilə qəbul edəcəkdir. “İstifadəçi”, əldə etdiyi təsdiqləmə kodunu, “Autoreport” veb səhifəsində müvafiq xanaya daxil edib, əməliyyata davam etməklə “Təsdiqli Hesab İstifadəçisi” olacaqdır.

3.1.2 - Mobil Nömrə Mülkiyyətçisi

Daxil edilən mobil nömrə, “İstifadəçi”-nin şəxsi adında və ya balansına (bundan sonra - mobil nömrə mülkiyyətçisi) qeydiyyatlı olmalıdır. Təsdiqləmə əməliyyatı yekunlaşdıqdan sonra, “Autoreport”, “Təsdiqli Hesab” vasitəsi ilə edilən bütün əməliyyatları təsdiqlənmiş mobil nömrə mülkiyyətçisi tərəfindən edildiyini qəbul edir və gələcəkdə yarana biləcək bütün mübahisələrdə (mobil nömrə mülkiyyətçisi tərəfindən, təsdiqlənmiş mobil nömrə, hüquqi mülkiyyətçisinin istifadəsində olmadığının sübut edildiyi hallar istisna olmaqla) mobil nömrənin mülkiyyətçisi məsuliyyət daşıyır. Mobil nömrə və əmlak mülkiyyətçisinin digər bir şəxslə (alqı-satqı və s. hallar) dəyişməsi haqda məlumatı, mobil nömrə və əmlak mülkiyyətçisi, “Autoreport”-a məlumat verməlidir.

3.1.3 - Mobil Nömrə vasitəsi ilə qısa ismarıcların alınması

“Təsdiqli Hesab İstifadəçi”-si, “Autoreport”-un özü və 3-cü tərəflərə aid göndəriləcək məlumat, reklam və s. xarakterli qısa ismarıcların (SMS) qəbulunu da təsdiqləmiş olur və gələcəkdə bu tipli ismarıcların daxil olması ilə əlaqədar iddiası əsassız olacaqdır. Bu tipli ismarıcları ləğv etmək üçün “Autoreport” ilə əlaqə yaratmaq lazımdır.

3.1.4 - Sosial Media vasitəsi ilə məlumatların alınması

“Təsdiqli Hesab İstifadəçi”-si, “Autoreport”-un özü və 3-cü tərəflərə aid göndəriləcək məlumat, reklam və s. xarakterli məlumatların sosial media vasitəsi ilə qəbulunu da təsdiqləmiş olur və gələcəkdə bu tipli məlumatların daxil olması ilə əlaqədar iddiası əsassız olacaqdır. Bu tipli məlumatların qəbulunu ləğv etmək üçün “Autoreport” ilə əlaqə yaratmaq lazımdır.

3.1.5 - Elektron poçt vasitəsi ilə məlumatların alınması

“Təsdiqli Hesab İstifadəçi”-si, “Autoreport”-un özü və 3-cü tərəflərə aid göndəriləcək məlumat, reklam və s. xarakterli elektron poçt ünvanına məlumat qəbulunu da təsdiqləmiş olur və gələcəkdə bu tipli elektron poçtların daxil olması ilə əlaqədar iddiası əsassız olacaqdır. Bu tipli ismarıcları ləğv etmək üçün “Autoreport” əlaqə yaratmaq lazımdır.

3.2 - Təsdiqsiz Hesablar

Hesabını təsdiqlətməmiş “Təsdiqsiz Hesab İstifadəçisi”, “Autoreport” veb səhifəsində real bir şəxs kimi tanınmır və ona, öz hesabında dəyişiklik etmə səlahiyyətindən başqa heç bir səlahiyyət verilmir. “Autoreport” verilənlər bazasına, məlumat əlavə etmək üçün “Təsdiqli Hesab İstifadəçisi” olmaq məcburidir.

 

4 - Məlumat daxil etmə, məlumat üzrə məsuliyyət, məlumat dəyişdirmə və ya silmə, məlumatla əlaqədar iddia qaldırma

“Autoreport” verilənlər bazasında olan məlumatlar, məlumat və ya əmlak sahibinin tələbinə əsasən dəyişdirilə, silinə və ya o məlumatdan qaynaqlanan zərərlərə və digər hallara qarşı məlumatı daxil etmiş şəxsə qarşı əmlak  və ya məlumat sahibi və 3-cü şəxslər iddia qaldıra bilər. Bu “Şərtlər və Qaydalar”-la həll olunmayan bütün mübahisələr, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Məhkəmələri vasitəsi ilə tənzimlənəcəkdir.

4.1 - Məlumat daxil etmə

“Autoreport” verilənlər bazasına, nəqliyyat vasitəsinin identifikasiya məlumatları, nəqliyyat vasitəsinin texniki xidməti haqqında məlumatları və digər məlumatları, sistem tərəfindən təqdim olunan təhlükəsizlik mərhələləri keçildikdən sonra, “Təsdiqli Hesab İstifadəçi” tərəfindən daxil edilə bilər. Məlumatların, “Autoreport” verilənlər bazasına əlavə edilməsi, ən azı iki təhlükəsizlik mərhələsindən keçir və eyni zamanda, məlumatı əlavə edən “Təsdiqli Hesab İstifadəçisi”-nin təsdiqli mobil nömrəsi ilə edilmiş əməliyyat, “Autoreport” administrator panelinin əməliyyat tarixçəsi bölməsində, “İstifadəçi” tərəfindən təsdiqləndikdən dərhal sonra verilənlər bazasına daxil edilir və arxivlənir.

4.2 - Məlumat üzrə məsuliyyət

“Autoreport”-a “Təsdiqli Hesab İstifadəçisi” tərəfindən daxil edilən məlumatlar ilə əlaqədar, “İstifadəçi”-nin yarana biləcək gəlir itkiləri və digər mümkün bütün mənfi, neytral və pozitiv hallar ilə əlaqədar iddiaları, “Autoreport”-a məlumatı daxil etmiş vaxt və tarixdə, “Təsdiqli Hesab İstifadəçisi” bütün məsuliyyəti üzərinə götürür və məlumatı daxil edən “İstifadəçi”, iddiaçı qarşısında yarana biləcək bütün hallarda məsuliyyət daşıyır. “Autoreport”, ehtiyac yarandığı hallarda məlumatı daxil edən “İstifadəçi”-nin sistemdə, əməliyyat icra edildiyi vaxt və tarixdə istifadə edilən “İstifadəçi”-nin təsdiqlədiyi mobil nömrəsini və mövcud olan digər məlumatları, iddiaçıya, bu qaydalarda göstərilmiş sənədləri təqdim etmək şərti ilə paylaşmağı öhdəliyinə götürür. Doğru olmayan məlumatların “Autoreport” bazasına əlavə edilməsinə görə, “Autoreport” heç bir məsuliyyət daşımır və məlumatı sistemə əlavə edən “İstifadəçi”-ni, “Autoreport” sistemində bağlama hüququnu özündə saxlayır.

4.3 - Məlumat dəyişirdirmə və ya silmə

4.3.1 - Mülkiyyətçinin dəyişmədiyi hal

Texniki nöqteyi nəzərdən səhv daxil edilmiş məlumatın düzəldilməsi və ya silinməsi üçün mülkiyyətçinin, “Autoreport” verilənlər bazasında mülkiyyətində olan əmlaklarla əlaqədar məlumatları və mülkiyyəti ilə əlaqədar digər bütün növ məlumatları, “Autoreport”-un ilkin olaraq müvafiq elektron poçt ünvanına, müvafiq məlumatların ona aid olduğunu təsdiqləyən hüquqi sənədləri (şəxsiyyət vəsiqəsi, passport, mobil nömrə mülkiyyətçisi olduğuna dair sənəd, əmlak sahibi olduğuna dair sənəd və s.) internet vasitəsi ilə göndərərək “Autoreport” verilənlər bazasından silinməsini və ya dəyişdirilməsini tələb edə bilər.

4.3.2 - Mülkiyyətçinin dəyişdiyi hal

Mülkiyyətçinin dəyişikliyi haqda məlumat “Autoreport”-a verildiyi təqdirdə, bu “Qayda və Şərtlər”-də qeyd olunan verilənlər bazasından məlumatın silinməsi və ya dəyişdirilməsi üçün tələb edilən sənədlərlə müraciət edən şəxsin tələbini, “Autoreport” bu qaydalara və Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq icra edəcəkdir. Mülkiyyətçi dəyişikliyi haqda məlumatın “Autoreport”-a verilməməsi halında, “İstifadəçi”-nin və ya yeni mülkiyyətçinin yarana biləcək gəlir itkiləri və digər mümkün bütün mənfi, neytral və pozitiv hallar ilə əlaqədar iddiaları, “Autoreport”-a məlumatı daxil etmiş vaxt və tarixdə, “Təsdiqli Hesab İstifadəçisi”-nə yönləndiriləcəkdir və bütün məsuliyyəti, məlumatı daxil edən “İstifadəçi” daşıyacaqdır.

“İstifadəçi” və ya “İstifadəçi” olmayan yeni mülkiyyətçi şəxs, “Autoreport” verilənlər bazasında mülkiyyətində olan əmlaklarla əlaqədar məlumatları və mülkiyyəti ilə əlaqədar digər bütün növ məlumatları, “Autoreport”-un ilkin olaraq müvafiq elektron poçt ünvanına, müvafiq məlumatların ona aid olduğunu təsdiqləyən hüquqi sənədləri (şəxsiyyət vəsiqəsi, passport, mobil nömrə mülkiyyətçisi olduğuna dair sənəd, əmlak sahibi olduğuna dair sənəd və s.) internet vasitəsi ilə göndərərək “Autoreport” verilənlər bazasından silinməsini və ya dəyişdirilməsini tələb edə bilər.

4.4 - Məlumatla əlaqədar iddia qaldırma

“Autoreport” verilənlər bazasında olan məlumatlarla əlaqədar maraqlarına toxunan şəxs, ona aid olan məlumatlarla bağlı iddia qaldıra bilər. “İstifadəçi” və ya “İstifadəçi” olmayan mülkiyyətçi şəxs, “Autoreport” verilənlər bazasında mülkiyyətində olan əmlaklarla əlaqədar məlumatları və mülkiyyəti ilə əlaqədar digər bütün növ məlumatları, “Autoreport”-un ilkin olaraq müvafiq elektron poçt ünvanına, müvafiq məlumatların ona aid olduğunu təsdiqləyən hüquqi sənədləri (şəxsiyyət vəsiqəsi, passport, mobil nömrə mülkiyyətçisi olduğuna dair sənəd, əmlak sahibi olduğuna dair sənəd və s.) internet vasitəsi ilə göndərərək “Autoreport” verilənlər bazasından silinməsini və ya dəyişdirilməsini tələb edə bilər və ya bu məlumatdan qaynaqlanan gəlir itkiləri və digər mümkün bütün mənfi, neytral və pozitiv hallar ilə əlaqədar iddialarını təmin etmək üçün, məlumatın iddiaçıya aid olduğunu müvafiq sənədlərlə sübut etdikdən sonra, “Autoreport”-dan məlumatı daxil etmiş “İstifadəçi”-nin mobil nömrəsi və mümkün digər məlumatları tələb etmə hüququ vardır. Ehtiyac yarandıqda “Autoreport”, iddiaçının əyani olaraq “Autoreport”-un yerləşdiyi ünvana gəlməsini və ya sənədlərin notarial qaydada təsdiqlənmiş sürətlərinin və iddiaçının ərizəsini poçt vasitəsi ilə “Autoreport”-a göndərilməsini tələb edə bilər.

 

5 - İcazə və məhdudiyyətlər

“Autoreport”, Avtomobil Tarixçə Hesabatını (bundan sonra ATH) ancaq şəxsi istifadələr üçün şəxslərə təqdim edir. Əldə edilmiş ATH-ni qismən və ya tam paylaşmaq, yaymaq, nəşr etmək, kommersiya məqsədləri güdərək istifadə etmək qadağandır. ATH-nin, şəxsi məlumatlanma məqsədləri ilə istifadəsi nəzərdə tutulmuşdur. “Autoreport” ATH-lərinin ticari istifadəsi və/və ya yenidən satılması və yenidən bölüşdürülməsi qəti qadağandır. “Kommersiya İstifadəsi” avtomobil tədqiqi, satışı və/və ya alışı ilə məşğul olan şəxslər tərəfindən ancaq “Autoreport” ilə xüsusi yazılı razılaşmaya əsasən icazə verilə bilər. “Autoreport” verilənlər bazasının normal istifadəsinə zidd olan və ya “Autoreport”-un qanuni maraqlarına əsassız şəkildə zərər verən hərəkətlər qadağan edilir. “İstifadəçi” və ya ATH alıcısı ATH-ni:

(a) qeyri-qanuni məqsədlər üçün istifadə etməməli

(b) yenidən satmamalı və əlaqəsiz şəxslərə ötürməməli

(c) məzmunu etibari ilə saxtalaşdırmamalı (xanaları dəyişdirmək, aldadıcı məlumatlar daxil etmək və s.)

(d) bu “Şərtlər və Qaydalar”-da qeyd edilən müddəalardan kənara çıxmamalıdır.

 

6 - Qiymətlər – Xidmət haqqları

6.1 - Qeydiyyatdan keçmiş İstifadəçilər

“Autoreport” veb səhifəsində, təqdim edilən pullu xidmətləri “İstifadəçi”, balansında olan “Jeton”-larla istifadə edə bilər. “Jeton” paketlərinin qiymətləri, “Autoreport” veb səhifəsində balans artırma bölməsində göstərilmişdir.

6.2 - Qeydiyyatdan keçməmiş istifadəçilər

“İstifadəçi”, “Autoreport” veb səhifəsində daxil etdiyi şassi nömrəsinə uyğun məlumat mövcud olarsa, ödəniş səhifəsinə yönləndiriləcəkdir. Qeydiyyatdan keçməmiş istifadəçilər “Jeton” əldə edə bilmirlər.

Qeyd: 8-ci maddədə göstərilən şərtlər istisna olmaqla edilmiş ödənişlər heç bir halda geri qaytarılmır. Bütün məbləğlərə ƏDV daxildir.

 

7 - Ödəniş etmə, “Jeton” Balansını artırma

Müştəri və ya “İstifadəçi”, ödənişi kredit, debit kart ilə və ya inteqrasiya edilmiş elektron pul qabılarla edə bilər. Bütün ödənişlər, dərhal həyata keçirilir.

 

8 - Ödənişi geri alma hüququ

Bu maddə mövcud Azərbaycan Qanunvericiliyinin müvafiq qanunları ilə tənzimlənir.

8.1 - Ödənişi geri alma hüququ

“İstifadəçi”-nin etdiyi ödənişi, ödəniş etdiyi tarixdən 14 gün müddətində qeyd-şərtsiz geri tələb etmə hüququ var. Ödənişin geri alınması tələbi haqda məlumat, “Autoreport”-a 14 gündən gec olmayaraq elektron poçt ünvanına və ya standart poçt xidmətləri vasitəsi ilə göndərilməlidir (məlumatın, 14 gündən sonra daxil olduğu hallarda geri ödəniş əməliyyatından, bu qaydalara və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyə uyğun olaraq imtina ediləcəkdir). “İstifadəçi”, ödənişin geri tələb etmə formunu dolduraraq (8-ci maddə, 3-cü bəndi – Ödəniş geri tələb etmə formu), tələbini “Autoreport”-a göndərə bilər. Ödənişi yalnız ödənişi etmiş kart sahibi tələb edə bilər. Ödənişi geri tələb etmək üçün formu doldurmaq məcburi deyil, lakin bütün proseslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə həyata keçiriləcəkdir (məs. – şəxsiyyəti təsdiq edən sənəd, kart sahibinin təsdiqi, ödənilmiş məbləğin əməliyyat xərcləri çıxılmadan və ya çıxılaraq geri qaytarılması və s.).

8.2 - Ödənişi geri alma hüququnda istisnalar və imtinalar

Yuxarıda qeyd olunan ödənişi geri alma hüququ, aşağıda göstərilən hallarda öz qüvvəsini itirir.

8.2.1 - Ödənişi tələb etmə hüququ haqda məlumat, “Autoreport”-dan qaynaqlanmayan səbəblərə görə 14 gündən gec daxil olduqda,

8.2.2 - Ödənilmiş məbləğ qarşılığında, xidmətlərdən tam və ya qismən istifadə edildiyində,

8.2.3 - Hədiyyə “Jeton”-ları, pul qarşılığında alınan “Jeton”-larla əvəzləşdirdikdə,

8.2.4 - Ödənişi edənin əvəzinə, fərqli şəxs “İstifadəçi” tərəfindən tələb olunduqda,

8.2.5 - Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi nəzərdə tutulan digər hallarında,

ödənişin geri alma hüququ qüvvəsini itirmiş sayılır və “İstifadəçi”-nin tələbindən imtina ediləcəkdir.

8.3 - Ödənişi geri alma hüququ formu

(Ödənişi geri almaq istiyirsinizsə, bu formu dolduraraq “Autoreport”-a göndərməyiniz məsləhət olunur)

Kimə:

“ND Opinions” MMC, Həmzə Babaşov Küç. 17, mən 57, AZ1107, Bakı, Azərbaycan

Email: [email protected]

Tel: +(994)50 571 3344

Mən (*), bildirmək istəyirəm ki, (*) nömrəli tranzaksiya ilə etdiyim ödənişi geri almaq istəyirəm. “Autoreport” xidmətlərindən istifadə etməmişəm və ödədiyim məbləği geri almaq istəyirəm.

Ödənişin edildiyi tarix və vaxt:

İstifadəçi-nin-Ödəniş edən şəxsin ASA:

İstifadəçi-nin-Ödəniş edən şəxsin ünvanı:

İstifadəçi-nin-Ödəniş edən şəxsin imzası (bu form kağıza daşıyıcıdadırsa):

Tarix:

 

9 - Qayda pozuntuları; Gecikdirilmiş Ödənişlər; Məsuliyyətlər

Ödənişlər, digər yazılı razılaşma olmadığı müddətcə əvvəlcədən alınır və sonra, “Autoreport” xidmətlərindən istifadəyə icazə verilir. “İstifadəçi”, hesabından özünün məsuliyyətsizliyi nəticəsində hesab və şifrə məlumatları ilə icazəsi olmadan və ya bilərəkdən digər şəxslərə ötürülməsi ilə baş verə biləcək bütün hərəkətlərə və itkilərə görə məsuliyyət daşıyır. “Autoreport” hesabından edilən, bu qaydalara və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyə zidd olan bütün qeyri-qanuni məlumatlara və əməliyyalara görə “İstifadəçi” hesabının sahibi, məsuliyyət daşıyır və cavabdeh şəxs qismində nəzərdə tutulacaqdır.

 

10 - Məlumatlar ilə əlaqədar Xəbərdarlıq

“İstifadəçi” və müştəri, “Autoreport” xidmətlərindən istifadə etməklə, “Autoreport” verilənlər bazasında olan məlumatların aşağıda göstərilən şərtləri ilə tanış olduğunu və razılaşdığını bildirir və başa düşür:

10.1 - “İstifadəçi” və ya müştəri anlayır ki, ATH-lərdə istifadə olunan, avtomobil texniki xidmət məlumatları, ictimaiyyətə açıq olan və digər əməkdaşlıq edilən mənbələrdən toplandığı üçün, ATH-də olan məlumatlar xətalı, səhv və ya əksik ola bilər.

10.2 - “İstifadəçi” və ya müştəri anlayır ki, “Autoreport”, məlumatın düzgünlüyünə və tam olmağına zəmanət vermir və verə bilməz.

10.3 - “İstifadəçi” və ya müştəri anlayır ki, “Autoreport”-da, üçüncü tərəflərdə mövcud olan, lakin “Autoreport”-un verilənlər bazasında olmayan məlumatlar ola bilər.

10.4 - “İstifadəçi” və ya müştəri anlayır ki, “Autoreport”-a, daxil edilən məlumatın səhv və ya xətalı olmasını müəyyən edib, düzəltmək, bu qaydalarda nəzərdə tutulmuş proseslər də daxil olmaqla vaxt tələb edir.

10.5 - “İstifadəçi” və ya müştəri anlayır ki, ATH, nəqliyyat vasitəsinin real texniki vəziyyəti ilə əlaqədar yekun nəticə üçün şərait yaratmır, “İstifadəçi” və ya müştəri, çıxaracağı bütün nəticələrə və qərarlara görə özü tam məsuliyyət daşıyır.

10.6 - “İstifadəçi” və ya müştəri anlayır ki, “Autoreport”, xətalı məlumatları, bu qaydalarda qeyd olunan formada bildirdikdən sonra, ən qısa zamanda düzəltməyi öhdəliyinə götürür.

 

11 - “Autoreport”-un Məsuliyyətləri haqda

“Autoreport”, aşağıda qeyd olunan məqamlara görə məsuliyyət daşıyır:

11.1 - “Autoreport”, bədən və ya sağlamlığa xələl gətirə biləcək, niyyətə, səhlənkarlığa və laqeydliliyə görə tam məsuliyyət daşıyır.

11.2 - “Autoreport”, verilənlər bazasında olan məlumatların, bu qaydalarda göstərilmiş şərtlərlərlə düzəldilməsinə görə tam məsuliyyət daşıyır.

11.3 - “Autoreport”, bu qaydalarda xəbərdarlıq edilən və məlumat verilən hallara görə yaranacaq hallar istisna olmaqla, “Autoreport”-un birbaşa hərəkətsizliyindən qaynaqlanan və bu qaydalarda digər nəzərdə tutulmayan hallar üzrə səbəb olduğu, dolayı olmayan maddi itkilərə görə, bu qaydalar və Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

 

12 - Müştəri, İstifadəçi Təminatı

Müştəri və ya İstifadəçi, “Autoreport” və onun partnyorlarına, ATH-lərdə əskik, natamam və ya qeyri-dəqiq məlumatlardan irəli gələn iddialar da daxil olmaqla birbaşa və ya dolayı yollarla zərərverici bütün hərəkətlərin və ya hərəkətsizliyin edilməyəcəyinə təminat verir.

 

13 - Tənzimləyici Qanunvericilik; Razılaşma dili

Bu “Şərtlər və Qaydalar”, Azərbaycan Respublikasının mövcüd qanun və qaydalarına uyğun olaraq tərtib edilir və qanunla və ya bu qaydalarla tənzimlənə bilinməyən mübahisələr Azərbaycan Respublikasının məhkəmələri vasitəsi ilə həll ediləcəkdir. “Şərtlər və Qaydalar”-ın dili Azərbaycan dilidir və digər bir qeyd yoxdursa əsas olaraq Azərbaycan dilində olan “Autoreport” “Şərtlər və Qaydalar”-ı mübahisələrin həllində nəzərə alınacaqdır.

 

14 - “Şərtlər və Qaydalar”-da Redaktə; “İstifadəçi”-ni Məlumatlandırma

“Şərtlər və Qaydalar”-ı dəyişdirmək, redaktə etmək və digər qaydalarla əvəz etmək hüququnu, “Autoreport” veb səhifəsindən qeydiyyatdan keçmiş və abunə olan “İstifadəçi”-lərə xəbərdarlıq etmək şərti ilə, təktərəfli olaraq “Autoreport” özündə saxlayır. Xəbərdarlıq, “İstifadəçi”-lərin “Autoreport”-da qeyd etdikləri elektron poçt ünvanları vasitəsilə və ya “Autoreport” veb səhifəsinə daxil olarkən məlumat pəncərəsinin açılması ilə edilir. “Autoreport”, veb səhifəsində daha öncədən “İstifadəçi”-nin qeydiyyatdan keçirtdiyi elektron poçt ünvanının bağlı və ya qeyri-işlək olmasına və ya “Autoreport” tərəfindən göndərilən xəbərdarlıq məlumatının, “İstifadəçi”-nin elektron poçt ünvanına çatmamasına görə heç bir məsuliyyət daşımır və hüquqi baxımdan yaranacaq mübahisələr, “Autoreport” veb səhifəsində dərc edilən sonuncu “Şərtlər və Qaydalar” üzərindən həll ediləcəkdir.