02 may 2020

Mühərriki necə qorumaq olar?

Mühərrikin qorunması nə deməkdir?

Hər kəs yağ seçərkən adətən “neçə km sürə bilərəm, orijinaldır mı, üstündə rəsmi təsdiq (dopusk, approval) var mı?” kimi suallar soruşur. Lakin əsas soruşulmalı olan sual “istifadə etdiyim yağ avtomobilimi nə dərəcədə qoruyacaq?”olmalıdır. Əslində ikinci və əsas olan sual ona görə verilmir ki, sürücülər və ustalar adətən hardansa və necəsə ala-yarımçıq məlumatlar əldə edirlər və əldə etdikləri məlumatlar haqqında soruşurlar.

Reallıqda isə yağın əsas məqsədi mühərriki qorumaqdır. Bu funksiya hər bir yağda mövcuddur, lakin qoruma nisbətləri fərqlidir.

Bəs nə üçün yağların üstündə demək olar ki, eyni sözlər yazılır (API, ACEA, istehsalçı təsdiqi və s.)? Bunun səbəbi odur ki, üstündə qeyd edilənlər minimal standartlardır və hamısı ona cavab verir. Məsələn APİ götürsək, ən son standartların testi 100 saat 3600 dövrdə aparılır və nəticə və tələblər buna əsasən yazılır. Burda bir qoruma var, amma müəyyən bir həddə qədər. Bu onu göstərir ki, 100 saatdan sonra mühərrikin qorunması olmayacaq. Bunu qısaca belə izah edə bilərik ki, məsələn, təxmini orta sürüş tempini (şəhər daxili tıxaclar və s. faktorlar nəzərə alınmaqla) 30-40 km/saat götürsək, o zaman 3000-4000 km-dən sonra APİ artıq tələblərə cavab verməyəcək və mühərrik normadan çox yeyiləcək. Əgər fikir vermisinizsə, elə yağlar var ki, 3-4 dəfə dəyişildikdən sonra mühərrik təmiz olsa da mühərrikin səsi həddən artıq çox gəlir. Bu onu göstərir ki,  bu yağ mühərriki minimal səviyyədə qoruyur.

Yağ seçimindəki əsas məqsəd onun mühərriki nə qədər çox qoruyub nə qədər az aşındırması olmalıdır ki, mühərrik daha da uzun ömürlü olsun.

Mercedes-Benz E class 300 (2016-2019)

Mercedes-Benz E class 300 (2016-2019) haqqında ümumi məlumat.SegmentMercedes-Benz E300 orta ölçülü lüks avtomobil seqmentinə aiddir.Ölçü: E300-ün uzun...

15 may 2024

Ətraflı

Qeyri-original (Satış Sonrası) Ehtiyat Hissələri: Ölkə, Brend və Keyfiyyətə görə Analiz

Avtomobilinizi sürə bilmək üçün cibinizi boşaltmaq məcburiyyətində deyilsiniz. Köhnəlmiş hissələrin dəyişdirilməsinə gəldikdə, satışdan sonrakı seçiml...

12 may 2024

Ətraflı

Avtomobilinizə çəki düzən verin və qazancınızı artırın: Avtomobilinizi peşəkar kimi satın

Avtomobilinizi satmağı düşünürsünüz? Əla! Ancaq sürətli onlayn elanı yerləşdirməzdən əvvəl sevimli avtomobilinizdən maksimum yararlandığınızdan əmin o...

12 may 2024

Ətraflı