26 iyul 2023

İçkili OLMAZ!


Sərxoş vəziyyətdə avtomobil idarə etməyin həyat üçün nə qədər böyük təhlükə olduğunu bir daha Xatırlayaq! Spirtli içki qəbul edən sürücülər həm özlərini, həm də bütün hərəkət iştirakçılarını ciddi təhlükəyə atırlar.

Sərxoş sürücülər qanunla da ciddi problemlər yaşayırlar. Dövlət Yol Polisi (DYP) əməkdaşı tərəfindən saxlanıldığında sərxoş sürücülərin bir çoxları az miqdarda spirtli içki qəbul etdiklərini, bəziləri içsələr də, sərxoş olmadıqlarını və bu kimi bir çox bəhanələr gətirirlər. Lakin sərxoşluq halının müəyyən edilməsi zamanı artıq bəhanələrə yer qalmır.

Sərxoşluğun müəyyənləşdirilməsinin metodları var. Bunun üçün xüsusi sertifikatı olan cihazlardan istifadə olunur. Eyni zamanda, sərxoşluğun müəyyənləşdirilməsi üçün şübhəli sürücü həkim müayinəsinə də aparıla bilər. Burada konkret olaraq göstərilir ki, sürücüdə 0,3 və daha artıq promilli spirt aşkarlanarsa, həmin şəxs sərxoş hesab olunur.

Sual yaranır ki, bəs sürücü spirtli içki qəbul etdikdən neçə saat sonra avtomobil idarə edə bilər?
Əlbəttə, bu zaman sürücünün hansı miqdarda spirtli içki qəbul etdiyinin fərqi var. Məsələn: əgər sürücü axşam saatlarında çox miqdarda (minimum 1 lt) spirtli içki qəbul edibsə, səhər saatlarında cihaz vasitəsiylə yoxlandıqda 0.3 promilli spirt aşkarlana bilər. Əgər sürücü səhər saatlarında az miqdarda spirtli içki qəbul edərsə, ehtimal böyükdür ki,axşama qədər spirt qandan təmizlənə və cihaz yoxlanışı zamanı nəticə təmiz ola bilər. Əlbəttə bunlar mövcud vəziyyətə görə dəyişə bilər.

Lakin bu arayışa baxmayaraq, DYP əməkdaşının cihazında spirtli içkinin miqdarı görünürsə, sürücü təkrar yoxlanışa getmək üçün xahiş edə bilər. Belə olan hallarda sürücünün də hüquqları var. Sürücü DYP əməkdaşından həmin cihazın sertifikatını tələb edə bilər.
Yuxarıda da qeyd etdiyimiz kimi, sərxoş vəziyyətdə avtomobil idarə etmənin təhlükələri, şübhəsiz ki, cəmiyyətdə kritik məsələdir və sürücülərin özləri, sərnişinlər və ətrafdakılar üçün ciddi nəticələrə səbəb ola bilər. Bu təhlükə ilə bağlı bəzi əlavə faktlar:

1.Yol-nəqliyyat hadisələrinin yüksək riski: Sərxoş sürücülər yol hərəkəti qaydalarını pozmağa, sürət həddini aşmağa və təhlükəli manevrlərə daha çox meyllidirlər ki, bu da qəza riskini artırır. Sərxoşluqla əlaqəli qəzalar adətən daha ağır olur və çox vaxt ciddi xəsarət və ölümlə nəticələnir.

2. Hüquqi nəticələr: Sərxoş vəziyyətdə tutulan sürücülər həbs, sürücülük vəsiqəsinin ləğvi, cərimələr və məhkəmə xərcləri kimi hüquqi nəticələrlə üzləşirlər. Bu, işdə çətinliklərə, daha yüksək sığorta tariflərinə və gələcəkdə sürücülükdən kənarlaşdırıla bilər.

3. Reaksiya və koordinasiyaya təsir: Spirt mərkəzi sinir sistemini depressiyaya salır, bu da reaksiyanı ləngidir və koordinasiyanı pozur. Sərxoş sürücülər sürəti sabit saxlamaqda, hərəkət zolağında saxlamaqda və lazımi anda dayanmaqda çətinlik çəkirlər.

4. Piyadalar və Velosipedçilər üçün Risk Artır: Sərxoş sürücülər çox vaxt piyadalara və velosipedçilərə lazımi diqqət yetirmirlər, bu da toqquşmalara və ciddi xəsarətlərə səbəb ola bilər.

5. Sağlamlıq problemləri: Müntəzəm olaraq sərxoş avtomobil idarə etmək, alkoqolizm və qaraciyərin zədələnməsi kimi xroniki xəstəliklərə və sağlamlıq problemlərinə səbəb ola bilər.

Anlamaq lazımdır ki, sərxoş vəziyyətdə avtomobil idarə etmək təkcə qanunsuz deyil, həm də mənəvi cəhətdən qəbuledilməzdir. Ailəmizin, dostlarımızın, bizi sevənlərin gözünü yolda saxlamayaq. Sərxoş vəziyyətdə avtomobil idarə etmək istəyənləri bu qərardan daşındıraraq həm onların, həm də öz həyatımızı QORUYAQ.

Yeni xəbərlərdən xəbərdar olmaq üçün qeydiyyatdan keçməyi unutmayın!
https://autoreport.az/register
https://www.youtube.com/@autoreport_az
www.autoreport.az

 

Mercedes-Benz E class 300 (2016-2019)

Mercedes-Benz E class 300 (2016-2019) haqqında ümumi məlumat.SegmentMercedes-Benz E300 orta ölçülü lüks avtomobil seqmentinə aiddir.Ölçü: E300-ün uzun...

15 may 2024

Ətraflı

Qeyri-original (Satış Sonrası) Ehtiyat Hissələri: Ölkə, Brend və Keyfiyyətə görə Analiz

Avtomobilinizi sürə bilmək üçün cibinizi boşaltmaq məcburiyyətində deyilsiniz. Köhnəlmiş hissələrin dəyişdirilməsinə gəldikdə, satışdan sonrakı seçiml...

12 may 2024

Ətraflı

Avtomobilinizə çəki düzən verin və qazancınızı artırın: Avtomobilinizi peşəkar kimi satın

Avtomobilinizi satmağı düşünürsünüz? Əla! Ancaq sürətli onlayn elanı yerləşdirməzdən əvvəl sevimli avtomobilinizdən maksimum yararlandığınızdan əmin o...

12 may 2024

Ətraflı