01 may 2020

Yağ azalmasının səbəbləri

Avtomobildə yağ 3 cür azalır:

1. Avtomobil yağ itirir (yəni bir yerə yağ axır).
2. Yağ yüksək temperatura dözmür və detallara yapışır.
3. Mühərrikdə yağ yanır.



Birinci hal 
adətən köhnə maşınlarda olur. Yağ rezin və rezin-metal qarışımı hissələrdən axıdır.
Ehtiyat hissəsi tam sıradan çıxmayıbsa yağ-qatqı ilə mühərriki sökməmiş nasazlığı aradan qaldırmaq olur. Əks halda mühərrik mütləq sökülməlidir.

İkinci hal keyfiyyətsiz yağ istifadə edəndə olur. Müasir mühərriklər yüksək performans göstərmək məqsədilə çox dəqiq istehsal olunur. Güc itkisinin qarşısını almaq məqsədilə detallar arası məsafəni mikroskopik səviyyə qədər azaldıblar.
Yüksək sürtünmə keyfiyyətsiz yağı demək olar ki palçıqlaşdıraraq bütün hissələri yapışdırır. Mühərrik hissələri ciddi zərər görür. Karterdə yağ azalır və siz elə bilirsiniz ki, mühərrik yağ yeyir, lakin əslində yağ yemir sadəcə daha zərərli qatı hala keçir.
Belə hal varsa mühərrik yuyulmalı və yenidən keyfiyyətli yağ tökülməlidir. Əgər səs əmələ gəlibsə, artıq mühərrik sökülməlidir zədə görmüş detal dəyişilməlidir.

Üçüncü hala iki cür rast gəlinir. İlk olaraq yeni maşınların bəzi modellərində hər 5000 km də karterdə olan yağın müəyyən faizi itə bilər. Bu normal bir haldır və heç narahatçılığa ehtiyac yoxdur.

İkinci isə yağ kipkəcləri və kolçalar sıradan çıxaraq yanma kamerasına yağ buraxır. Bu halda yağ çox itir.

Bu cür halın qarşısını almaq ancaq mühərriki söküb uyğun detalı dəyişməklə mümkündür.

Changan UNI-Z C-SUV - Azərbaycan Yollarında Real Sürüş və Texniki Analiz

C-SUV seqmentində Changan xəttinin növbəti addımı - UNI-Z modeli ilə tanış oluruq. Bu bloq yazımızda modelin dizayn yanaşması, texnoloji yenilikləri v...

19 fevral 2026

Ətraflı

JAC J7 2025 (1.5L) - Azərbaycan sürücüləri üçün texniki göstəricilər və real yol davranışı

C seqment sedan bazarında rəqabət əsasən üç faktor üzərində qurulur: mühərrik, transmissiya və şassi balansı.JAC J7 2025 modeli 1.5 litrlik turbomühər...

15 fevral 2026

Ətraflı

Hyundai Elantra 2016 Almağa Dəyərmi? Texniki Məlumatlar və Real Yanacaq Sərfiyyatı

Ümumi Baxış 🔍2016 Hyundai Elantra, dəyər, rahatlıq və funksionallıq arasında möhkəm balans yaradan kompakt sedan modelidir. Zərif xarici dizaynı və ya...

10 fevral 2026

Ətraflı