27 aprel 2020

İspareniya (buxarlanma, itki) nədir?

İspareniya nədir?

Bu demək olar ki, yağ haqqında ən çox danışılan mövzulardan biridir. Amma bunu da rahatlıqla demək olar ki, bunun nə olduğunu bir çoxumuz bilmirik.

İspareniya rus dilindən bizim dilimizə buxarlanma kimi tercümə edilir. Bu proses Azərbaycan dilində mayenin qaz halına keçməsi kimi başa düşülür. Adətən bu su ilə xarakterizə edilir. Bes yağ sudur mu?

 Usta və ya sürücü deyir ki, yağ ispareniya oldu, deməli keyfiyyətsizdir.

Əgər hər hansısa bir usta və ya sürücü yağa deyirsə ki, ispereniya edir, deməli onun yağlar haqqında anlayışı zəifdir. Yağın "buxarlanması"-nı (əslində bu söz səhvdir deyə dırnaq arası qeyd edilir, buxarlanma yox itki olmalıdır) yağı mühərrikə tökməklə bilirlərsə, o zaman bu həmin insanın məlumat zəifliyini göstərir. Çünki yağın texniki pasportuna baxmadan onun itkisini (yəni el arasında ispareniyasini) bilmək mümkün deyil.

 İtki nə deməkdir?

Əgər yağın texniki pasportuna baxsanız görərsiniz ki, orada yağın nə qədər itki verdiyini qeyd edilir. Onu da demək lazımdır ki, bütün yağlar itki verir. Amma şərt belədir ki, temperatur 250 dərəcəyə qalxmalı və belə də qalmalıdır. BUNUN DÜSTURU BELƏDİR Kİ, 250 DƏRƏCƏDƏ 1 SAATDA OLAN İTKİ YAĞIN İTKİSİ SAYILIR. Açığı belə mühərrik çox az olur, ona görə də məsələn, BMW-dəki itkiyə buxarlanma demek olar, lakin bunu bütün modellərə və markalara aid etmək olmaz. Həm də baxmaq lazımdır ki, əgər texniki pasportda itki 7.5% yazılıbsa, o zaman BMW hər 5000 km-də ( 8 litrlik karterdə ) maksimum 600 qram itki verə bilər. Bundan artıq olan miqdar isə yağlıq deyil. Bu buxarlanma sayılmır.

 İtkinin qatılıq və ya duruluğa təsiri var mı?

2-ci fikir isə "əgər 10w40 ilə sürmüsənsə, 5w30-a keçsən itki (buxarlanma) verəcək" deyilməsidir. Əslində bu səhv fikirdir. Hətta 0w30 və ya 0w40 qatılıqlı yağların itkisi 10w40 qatılıqlı yağların itkisindən azdır. Yəni 0w40 və ya 5w40 istifadə edərkən yağ itkisi baş verirsə, bu texniki cəhətdən itkidən daha çox digər problemlərlə bağlı ola bilər. İtkini bilmək üçün sadəcə texniki pasporta baxmaq lazımdır.

 

Maşında Unudulan Təhlükə: Yay İstisində Partlaya Bilən Əşyalar! 💥

Yayda Avtomobildə Saxlanmaması Gərəkən Təhlükəli Əşyalar ⚠️ Yay gəldi, havalar isindi. Amma yay mövsümündə avtomobilinizdə bəzi əşyaları saxlamaq düş...

03 iyun 2025

Ətraflı

Avtomobilin Qeydiyyatı və Təkrar Qeydiyyat Prosesi: Addım-Addım Bələdçi

Avtomobilin Qeydiyyatı və Təkrar Qeydiyyat Prosesi: Addım-Addım BələdçiBugünki mövzumuz Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin ilkin qeydi...

02 iyun 2025

Ətraflı

Avtomobilinizi Yayın İstisinə Necə Hazırlamalısınız? Sürücülər Üçün 10 Vacib Məsləhət

Yay mövsümü nə qədər gözəl olsa da, avtomobillər üçün müəyyən risklər yarana bilir və əlavə diqqət,qulluq tələb edir. Yay mövsümündə havanın kəskin is...

21 may 2025

Ətraflı