21 may 2025

Avtomobilinizi Yayın İstisinə Necə Hazırlamalısınız? Sürücülər Üçün 10 Vacib Məsləhət

Yay mövsümü nə qədər gözəl olsa da, avtomobillər üçün müəyyən risklər yarana bilir və əlavə diqqət,qulluq tələb edir. Yay mövsümündə havanın kəskin istiləşməsi mühərrikdən tutmuş təkərlərə qədər bir çox sistemə təsir edir. Əgər avtomobilinizi yayın yüksək temperaturuna uyğun şəkildə hazırlamasanız, bu həm yol təhlükəsizliyinizə, həm də avtomobilin texniki vəziyyətinə mənfi təsir göstərə bilər. Odur ki, sürücülər üçün yay mövsümündə avtomobilə qulluqla bağlı vacib məqamları sizin üçün aşağıda təqdim etdik.
Xoş oxumalar 😊

Yay mövsümünə avtomobili hazırlayarkən diqqət etməli olduğunuz əsas məqamlar:
1. Soyutma sistemi və radiatorun yoxlanması
2. Mühərrik yağının və filtrin vəziyyəti
3. Kondisionerin işləmə qabiliyyəti
4. Təkərlərin vəziyyəti və hava təzyiqi
5. Əyləc sisteminin yoxlanması
6. Akkumulyatorun sazlığı
7. Şüşətəmizləyici maye və fırçalar
8. Faralar və siqnalların işləkliyi
9. Kuzovun qorunması – boya və lak örtüyü
10. Bagajda ehtiyat əşyaların tamlığı (təkər, domkrat, açar dəsti və s.)

1. Soyutma sistemi və radiatorun yoxlanması
Yayda temperatur yüksəldikcə mühərrikin qızma riski artır. Radiatorun təmizliyi, antifriz səviyyəsi və soyutma mayesinin keyfiyyəti mütləq yoxlanmalıdır. Əgər radiatorun içində pas, çöküntü və ya sızma əlamətləri varsa, təmizlənməsi və ya dəyişdirilməsi vacibdir.

2. Mühərrik yağının və filtrin vəziyyəti
Yayda yüksək temperatur mühərrikə daha çox yüklənmə verir. Yağın qatılığı və səviyyəsi yoxlanmalıdır. Əgər dəyişmə vaxtı çatıbsa, yeni və keyfiyyətli yağla əvəz edilməlidir. Həmçinin yağ filtri də dəyişdirilməlidir.

3. Kondisionerin işləmə qabiliyyəti
İsti havalarda avtomobil kondisioneri yalnız salonda əyləşən sərnişinlərin komfortu üçün deyil, həm də şüşələrin buxarlanmasının qarşısını almaq üçün vacibdir. Sistemdə soyuducu qazın səviyyəsi, kompressorun və ventilyatorların işləməsi yoxlanmalı, zərurət varsa qaz vurulmalıdır.

4. Təkərlərin vəziyyəti və hava təzyiqi
Yayda asfaltda istilik çoxalır və təkərlər daha çox aşınmaya məruz qalır. Diş dərinliyi, yan divarların çatlaması və balans vəziyyəti yoxlanmalıdır. Bunu üçün yay mövsümü üçün nəzərdə tutulan təkərlərdən istifadə etmək tövsiyə edilir. Təkərlərin hava təzyiqi isə istehsalçı tərəfindən tövsiyə olunan səviyyədə saxlanmalıdır. Bu həm təhlükəsizlik, həm də yanacaq sərfiyyatına təsir edir.

5. Əyləc sisteminin yoxlanması
İsti havalarda əyləc sisteminin səmərəliliyi azala bilər. Əyləc diskləri, kolodkalar (əyləc yastıqları) və əyləc mayesi mütləq yoxlanmalıdır. Əgər əyləc zəif tutursa və ya pedal çox yumuşaqdırsa, sistemdə problem ola və sürüş zamanı təhlükə yarada bilər.

6. Akkumulyatorun sazlığı
Yüksək temperatur bəzi akkumulyatorlarda elektrolit səviyyəsinin azalmasına səbəb olur. Yay aylarında da akkumulyator boşala bilər. Kontaktların paslanmaması, gərginlik səviyyəsi və ümumi vəziyyəti yoxlanmalıdır.

7. Şüşətəmizləyici maye və fırçalar
Yayda yollarda, xüsusəndə uzaq yollara çıxanda toz, qum və böcəklər şüşələri tez çirkləndirir. Buna görə də, şüşətəmizləyici mayenin səviyyəsi və keyfiyyəti vacibdir. Fırçaların rezin hissəsini yoxlayın və şüşədə iz buraxmırsa, yenisi ilə əvəz edilməlidir.

8. Faralar və siqnalların işləkliyi
Uzun yay yollarında və tozlu şəraitdə faraların işığı zəifləyə bilər. İşıqlandırma sistemində lampa yanma dərəcəsi, projektorlar və dönmə siqnalları yoxlanmalı, əgər zəif işıq verirsə, təmizlənməli və ya yenisi ilə əvəzlənməlidir.

9. Kuzovun qorunması – boya və lak örtüyü
Yay günəşinin yüksək ultrabənövşəyi şüaları avtomobilin boyasına zərər verə bilər. Həm qorumaq, həm də parlaqlığı saxlamaq üçün yayda xüsusi qoruyucu vasitələlərlə kuzov cilalanmalı, vaxtaşırı yuyulmalı və kölgədə saxlanmalıdır.

10. Bagajda ehtiyat əşyaların tamlığı (təkər, domkrat, açar dəsti və s.)
Yayda uzun səfərlər planlaşdırıldığından, ehtiyat təkərin havası, domkrat, çilingər dəsti, fənər, ilk yardım çantası və siqnal üçbucağı kimi vasitələrin tam və işlək olduğuna əmin olun.

Yayda avtomobilinizin etibarlı və problemsiz işləməsi üçün vaxtında texniki baxış şərtdir. Bu tövsiyələrə əməl etməklə həm öz təhlükəsizliyinizi, həm də avtomobilinizin uzunömürlülüyünü təmin etmiş olacaqsınız. Yol sizi hara aparırsa-aparsın, yayın istisinə hazır və rahat səyahətlər arzulayırıq!

Əgər avtomobilinizin mühərriki və digər texniki hissələri barədə daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, digər bloq yazılarımıza da nəzər yetirə bilərsiniz. 😊
Oxuduğunuz üçün təşəkkür edirik! 
😊

Maşında Unudulan Təhlükə: Yay İstisində Partlaya Bilən Əşyalar! 💥

Yayda Avtomobildə Saxlanmaması Gərəkən Təhlükəli Əşyalar ⚠️ Yay gəldi, havalar isindi. Amma yay mövsümündə avtomobilinizdə bəzi əşyaları saxlamaq düş...

03 iyun 2025

Ətraflı

Avtomobilin Qeydiyyatı və Təkrar Qeydiyyat Prosesi: Addım-Addım Bələdçi

Avtomobilin Qeydiyyatı və Təkrar Qeydiyyat Prosesi: Addım-Addım BələdçiBugünki mövzumuz Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin ilkin qeydi...

02 iyun 2025

Ətraflı

BYD Seal 06 DM-i 2024 - Azərbaycan

2024 BYD Seal 06 DM-i – Gələcəyin sədası artıq buradadır Çin avtomobil sənayesində ekoloji və texnoloji baxımdan yeni bir səhifə açan BYD, 2024-cü il...

19 may 2025

Ətraflı